Futbol əfsanəsinin model həyat yoldaşı manikürünə görə az qala öləcəyini deyib

Futbol əfsanəsinin model həyat yoldaşı manikürünə görə az qala öləcəyini deyib backend

Böyük Britaniya millisinin keçmiş hücumçusu Piter Krauçun həyat yoldaşı, britaniyalı model Ebbi Klensi manikürünə görə az qala həyatını itirəcəyini bildirib. Belə ki, o, təsadüfən dırnağını qoparıb və xəstəxanaya yerləşdirilib.

Qaziler.az xəbər verir ki, bu barədə model "The Therapy Crouch" podkastına açıqlamasında deyib.

Klensinin sözlərinə görə, o, illərdir dırnaqlarını müntəzəm olaraq "builder" geli ilə möhkəmləndirirmiş. Dubayda Yeni il tətili zamanı model dostunu qucaqlamağa çalışıb, bu zaman paltarıa ilişən dırnaq qopub. Zədə kəskin ağrı, şiddətli qanaxma və modelin huşunu itirməsi ilə nəticələnib.

Zərərçəkən təcili xəstəxanaya aparılıb. Həkimlər bildiriblər ki, "builder" gelinin uzun müddət istifadəsi onun dırnaqlarının elastikliyini azaldıb və daha həssas edib. Fəsadların qarşısını almaq üçün həkimlər dırnağı çıxarmaq qərarına gəliblər.

QAZİLER.AZ