ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ABŞ-yə birləşdirmək planlarına mane olacaq ölkələrə sərt ticarət sanksiyaları tətbiq etməyi istisna etməyib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, səhiyyə köməkçiləri ilə görüş zamanı o, bunun Avropa ölkələrini də əhatə edəcəyini qeyd edib.
“Və mən bunu [Qrenlandiya ilə bağlı vəziyyətdə] edə bilərəm. Qrenlandiya ilə bağlı razılığa gəlmədikləri təqdirdə ölkələrə tariflər tətbiq edə bilərəm. Çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Odur ki mən bunu edə bilərəm", - deyə Tramp bildirib.
QAZİLER.AZ



