Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti danışıqların növbəti mərhələsi və münaqişənin həlli ilə bağlı sənədləri yekunlaşdırmaq üçün ABŞ-yə səfər edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Kiyevi Vaşinqtonla görüşlərdə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və xarici işlər nazirinin müavini Sergey Kislitsa təmsil edir.
“Hazırda iki sənəd üzərində işləyirik. Komanda bəzi materialları yekunlaşdırmaq üçün xüsusi olaraq ABŞ-yə gedib”, - Zelenski deyib.
QAZİLER.AZ



