Yanvarın 16-da ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun Tehrandan vəziyyəti diplomatik yolla həll etməsi tələblərini açıqladı.
Qaziler.az bildirir ki, o bu barədə Floridada keçirilən konfransda bildirib.
"İranla diplomatik razılaşma dörd məsələni həll edəcək: (1) uran zənginləşdirilməsi, (2) raketlər - onlar ehtiyatlarını azaltmalıdırlar; (3) təxminən 2000 kiloqram (2 ton - red.) olan nüvə materialının faktiki miqdarı, və (4) proksilər (internet trafikini İranın IP ünvanı vasitəsilə yönləndirən serverlər - red.)", - deyə "The Times of Israel" qəzeti yazır.
Siyasətçinin sözlərinə görə, əgər ölkə beynəlxalq birliyə qayıtmaq istəyirsə, ABŞ bu məsələləri diplomatik yolla həll etməyə kömək edə bilər.
Uitkoff həmçinin ümid etdiyini bildirib ki, sonda diplomatik həll yolu tapılacaq.
QAZİLER.AZ



