Ukrayna münaqişəsi üzrə Vaşinqton-Kiyev danışıqlarının növbəti raundunun tarixi məlum oldu

Ukrayna münaqişəsi üzrə Vaşinqton-Kiyev danışıqlarının növbəti raundunun tarixi məlum oldu backend

Ukrayna ilə ABŞ arasında Rusiyayla silahlı münaqişənin nizamlanması üzrə danışıqların növbəti raundu yaxın iki gün ərzində keçiriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina Bloomberg TV-yə müsahibəsində bildirib.

“Komandalarımız birgə fəaliyyəti davam etdirəcək. Yaxın iki gün ərzində dialoqun yeni raundunu görəcəksiniz”, - deyə o qeyd edib.

Səfir nümayəndə heyətlərinin tərkibini və danışıqların keçiriləcəyi məkanı dəqiqləşdirməsə də, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə yeni səfərinin hazırda planlaşdırılmadığını təsdiqləyib.