Yutub uşaqlar üçün vaxtı məhdudlaşdırdı

Yutub uşaqlar üçün vaxtı məhdudlaşdırdı backend

Yutub videohostinqi 18 yaşdan kiçik istifadəçilər üçün "Shorts" videolarının baxışına vaxt limiti qoymaq imkanı təqdim edib.

 

Qaziler.az Axşam.az-a istinadən xəbər verir ki, istifadəçilər gündə 15 dəqiqədən 2 saata qədər fərqli zaman intervallarını seçə biləcəklər.

 

Gələcəkdə isə uşaqlar üçün bu tip kontentin tam bloklanması funksiyası da əlçatan olacaq. Bildirir ki, bu, valideynlərə uşaqların qısa videolar izləmə müddətini tam nəzarətdə saxlamağa imkan verən sahədə ilk yenilikdir.

 

Əlavə olaraq, valideynlər uşaqlar üçün yatmağa getmək və fasilə vermək vaxtını xatırladan bildirişlər də qurmaq imkanına sahib olacaqlar.