Utrext meri Deyksma partlayışlardan sonra ciddi ziyanın olduğunu bildirib.
Niderlandda yerləşən Utrext meri Şeron Deyksma partlayışlar nəticəsində şəhərə ciddi ziyan dəydiyini bildirib.
Qaziler.az bildirir ki, o, NPO 1-də hadisənin nəticələri barədə danışıb.
"Zərər kifayət qədər böyükdür. Qonşu binalardakı pəncərələr də daxil olmaqla bir çox pəncərə sınıb, ona görə də təbii ki, bu insanlar hələlik evlərinə qayıda bilməyəcəklər", - deyə mer bildirib. O, əlavə edib ki, onlar üçün sığınacaq yaradılacaq.
Deyksma həmçinin fəlakət və fövqəladə hallar qurbanlarını müalicə etmək üçün nəzərdə tutulmuş ixtisaslaşmış xəstəxananın işi barədə məlumat verib. Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.
QAZİLER.AZ



