Braziliyada köpəkbalığı qadına hücum etdi - VİDEO

Braziliyada köpəkbalığı qadına hücum etdi - VİDEO backend

Braziliyadakı Fernando de Noronya arxipelaqı sahillərində bığlı köpəkbalığı bir qadına hücum edib.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru xəbər verir.

Tayana Dalazen maska ​​və üzgəc taxaraq dostları ilə köpəkbalıqlarının arasında üzüb. Birdən əvvəl heç bir aqressivlik göstərməyən köpəkbalıqlarından biri onun budundan dişləyib. Bu an videoya düşüb.

Dostları müşayət edən bələdçi dərhal turistin köməyinə gəlib. O, qızın ayağını köpəkbalığının çənələrindən çəkməyə çalışsa da, buna nail ola bilməyib. Bələdçi balığı bir neçə dəfə vurmalı oldu. Məlumata görə, eyni köpəkbalığı həmin gün başqa bir üzgüçünün şortundan tutub.

Yaxınlıqdakı balıqçılar xəsarət alan şəxsi sahilə çıxardılar. Orada onun dostlarından biri, həkim, ilk tibbi yardım göstərib. Xəstəxanada Dalazenə tikişlər qoyulub və tetanoz peyvəndi vurulub. Həyatı təhlükədə deyil.

QAZİLER.AZ