Suriya ordusu: YPG/SDQ terror təşkilatı mülki əhalinin humanitar dəhlizdən keçməsinə mane olur

Suriya ordusu: YPG/SDQ terror təşkilatı mülki əhalinin humanitar dəhlizdən keçməsinə mane olur backend

Suriya ordusu YPG/SDQ terror təşkilatı ilə əlaqəli qrupların Hələbin şərqindəki Deyr Hafir şəhəri yaxınlığında yaradılan humanitar dəhlizdən mülki şəxslərin keçməsinə mane olduğunu bildirib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Suriya Ordusunun Əməliyyatlar İdarəsi Suriya dövlət televiziyası "Əl-İhbariyyə"yə PKK terror təşkilatı ilə əlaqəli və YPG/SDQ çətiri altında fəaliyyət göstərən silahlı qrupların mülki şəxslərin təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuş humanitar keçid məntəqəsini bağladığını açıqladı.

Məlumatda mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün humanitar dəhlizin fəaliyyət müddətinin bir gün uzadıldığı və cümə günü saat 09:00 ilə 17:00 arasında açıq olacağı bildirilib.

Suriya ordusu "mülki şəxslərin keçidinə mane olan və ya dəhlizdə təxribat etməyə cəhd edən hər hansı bir nöqtənin lazımi şəkildə hədəfə alınacağını" vurğulayıb.

Rəsmilər ərazinin təhlükəsizliyini təmin etmək üçün bütün sahə hazırlıqlarının tamamlandığını qeyd edərək mülki şəxsləri dərhal YPG/SDQ terror təşkilatına məxsus nöqtələrdən uzaq durmağa çağırıblar.

Suriyanın şimalındakı bəzi ərazilərdə Suriya ordusu ilə YPG/SDQ terror təşkilatı arasında toqquşmalar və təhlükəsizlik gərginliyi davam edir.

QAZİLER.AZ