Fransa Prezidenti Emmanuel Makron ehtimal ki, göz damarının partlaması vəziyyətində ordu qarşısında çıxış edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, çıxış yanvarın 15-də Fransanın İstres şəhərində baş tutub.
"Bu il sizə ən xoş arzularımı bildirirəm və gözümün xoşagəlməz görünüşünə görə üzr istəyirəm - ciddi bir şey yoxdur.", - Makron deyib.
O, həmçinin bunun "Rokki III" filmində yer alan "Survivor" mahnısı olan "Eye of the Tiger"ə istinad ola biləcəyini söylədi. Fransa prezidenti əvvəllər də boks "armud"una yumruq vurduğu fotosessiyada iştirak etmişdi.
"Başa düşənlər üçün bu, qətiyyət əlamətidir", - deyə Makron aydınlıq gətirdi.
QAZİLER.AZ



