Estoniya və Latviya xarici işlər nazirləri Marqus Tsaxkna və Bayba Braje Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın spirtli içki ilə bağlı zarafatını dəstəkləyiblər.
Qaziler.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Buna vavab olaraq, latviyalı diplomatı “X” sosial media hesabında yeni ili cin butulkası ilə başlamağa çağırış edib. Estoniya xarici işlər naziri isə zarafatla siyasətçilərin daha zərif içkilərə üstünlük verdiyini söyləyib.
Qeyd edək ki, Kaya Kallas dünyada baş verən gərginliklər fonunda "Spirtli içkilərdən çox istifadə etməsəm də, dünyada baş verən hadisələr indi içkiyə başlamaq üçün uyğun vaxtın gəldiyini göstərir" şəklində gözlənilməz zarafat edib.
QAZİLER.AZ



