Ağ Evin mətbuat katibi 79 yaşlı Trampın fiziki formasından danışdı

Ağ Evin mətbuat katibi 79 yaşlı Trampın fiziki formasından danışdı backend

ABŞ prezidentinin mətbuat katibi Kerolayn Levitt 79 yaşlı Donald Trampın fiziki formasını tərifləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “People” yazır.

Levitt ABŞ səhiyyə naziri Robert F. Kennedinin fikirləri ilə razılaşaraq bildirib ki, Amerika lideri “fast food”, şirniyyat və diyetik kolanı sevsə də, onun "ilahi forma"sı var.

"Qolf çempionatının nəticələri və sağlamlıq hesabatları göstərir ki, prezidentin əksər gənclərin yalnız xəyal edə biləcəyi fiziki hazırlığı və enerjisi var", - Levitt deyib.

QAZİLER.AZ