ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək tələbi ilə bağlı sözləri "şokedici"dir və İslandiyaya təzyiq göstərir, onu Avropa Birliyinə üzvlüyə doğru itələyir.
Qaziler.az xəbər verir ki, bu barədə “Euractiv” yazır.
İslandiyadakı Bifrost Universitetinin siyasi elmlər üzrə professoru Eyrikur Berqmann bildirib ki, "Qrenlandiya problemi" islandiyalıları beynəlxalq münasibətlərini yenidən düşünməyə məcbur edir və AB-yə üzvlüklə bağlı müzakirələri əhəmiyyətli dərəcədə qızışdırır.
O, əlavə edib ki, ABŞ-nin Qrenlandiyanı əldə etmək üçün özünü haqlı çıxardığı və istifadə etdiyi bütün arqumentlər İslandiyaya da tətbiq oluna bilər.
Nəşr bildirir ki, belə bir ehtimal uzunmüddətli müdafiə və geosiyasi oriyentasiya məsələsi kimi qəbul edilir.
QAZİLER.AZ



