Makron hərbi kabinetin təcili iclasını çağırıb

Makron hərbi kabinetin təcili iclasını çağırıb backend

Fransa Prezidenti Emmanuel Makron İrandakı vəziyyəti və ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya iddialarını müzakirə etmək üçün hərbi kabinetin təcili iclasını çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan bir Fransa rəsmisi agentliyə təcili iclasın saat 7:00-da (Bakı vaxtı ilə 11:00) başlayacağını təsdiqləyib.

Fransa prezidenti ötən gecə çıxışında ilk hərbi birləşmələrin bir qrupunun artıq Danimarka və Qrenlandiya tərəfindən keçirilən birgə təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya getdiyini açıqlayıb.

QAZİLER.AZ