Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki xarici səfirlərə müraciət edəcək və xarici siyasət mövzusunu qaldıracaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya lideri bu gün – yanvarın 15-də etimadnamənin təqdimetmə mərasimində çıxış edəcək.
“Prezident gələn səfirlərə müraciət edəcək və çıxışı cari xarici siyasət məsələlərinə yönələcək. Həmçinin, mərasimdə səfirləri təmsil olunan ölkələrlə münasibətlərin əsas baxışlarına toxunulacaq”, - Peskov bildirib.
QAZİLER.AZ



