ABŞ qoşunlarının Venesuelada istifadəsini qadağan edən Senat qətnaməsi vitse-prezident Cey Di Vens tərəfindən rədd edilib.
Qaziler.az bildirir ki, C-SPAN-ın məlumatına görə, o, həlledici səs hüququna malikdir.
“Senatda səsvermə zamanı təklif olunan qətnamənin tərəfdarları və əleyhdarları bərabər bölünüblər, hər tərəfdə 50 səs var idi. Bu vəziyyət qaydalarla tənzimlənir və bu qaydalara əsasən, son söz vitse-prezidentə məxsusdur”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



