Avropaya məxsus ilk qoşunlar Qrenlandiyaya gəlib

Avropaya məxsus ilk qoşunlar Qrenlandiyaya gəlib backend

İlk Avropa qoşunları Qrenlandiyada müşahidə edilib. Onlar adaya ABŞ prezidenti Donald Trampın adanın ABŞ-yə qoşulmaq tələbi ilə bağlı açıqlamaları fonunda gəliblər.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniya qəzeti “Bild” müxbirlərə istinadən məlumat yayıb.

“Vaşinqtonda Qrenlandiya danışıqlarının nəticəsiz başa çatmasından cəmi yeddi saat sonra gecə ilə ilk Avropa qoşunları Qrenlandiyaya gəlib”, - nəşrin məlumatında qeyd olunub.

Danimarkaya məxsus “Hercules” hərbi nəqliyyat təyyarəsi Qrenlandiyanın paytaxtı Nuukdakı hava limanına eniş edib. Təyyarədə həm Danimarka qoşunları, həm də Fransa Silahlı Qüvvələrinin nümayəndələri olub. Başqa bir Danimarkaya məxsus "Hercules" təyyarəsi də Kanqerlussuaqdakı aerodroma eniş edib. Hər iki təyyarə transponderləri söndürülmüş halda uçub.

QAZİLER.AZ