Səudiyyə Ərəbistanı İrana qarşı zərbələr üçün öz ərazisindən istifadəyə icazə verməyəcək

Səudiyyə Ərəbistanı İrana qarşı zərbələr üçün öz ərazisindən istifadəyə  icazə verməyəcək backend

Səudiyyə Ərəbistanı hakimiyyət orqanları İran tərəfinə təminat verib ki, İslam Respublikasına qarşı mümkün zərbələr üçün öz hava məkanının və ərazisinin istifadəsinə icazə verməyəcək.

APA xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin Səudiyyə Ərəbistanının ordusu və hökumətinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Tehrana birbaşa şəkildə bildirib ki, ona qarşı hər hansı hərbi əməliyyatda iştirak etməyəcək və bu məqsədlər üçün nə ərazisi, nə də hava məkanı istifadə olunacaq.