Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcək - "Bild"

Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcək - "Bild" backend

Almaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.

Bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, adaya əvvəlcə Bundesver qoşunlarından ibarət qabaqcıl qrup göndəriləcək. Qrup artıq yanvarın 15-də yola düşə bilər.

Qəzet iddia edir ki, rəsmi olaraq Avropadan olan NATO ölkələri Qrenlandiyadakı iştiraklarını genişləndirirlər. Lakin əməliyyat NATO strukturları vasitəsilə deyil, Kopenhagendən əlaqələndirilir, çünki Qrenlandiyaya nəzarət edən Danimarka da daxil olmaqla, alyansın Skandinaviya ölkələri ABŞ-nin Norfolk şəhərindəki qərargahının komandanlığı altındadır. "Bild" qeyd edir ki, əməliyyatın ABŞ-nin iştirakı olmadan həyata keçirilməsi planlaşdırılır.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib.