Trampa İrana zərbə endirmək üçün hədəflərin siyahısı verilib

Trampa İrana zərbə endirmək üçün hədəflərin siyahısı verilib backend

“Nüvə İranına Qarşı Birlik” (UANI) təşkilatı Tramp administrasiyasına İrana mümkün zərbələr endirmək üçün 50 hərbi hədəfin xəritəsini təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

"Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatı olan “Nüvə İranına Qarşı Birlik” 50 hədəfdən ibarət dosye tərtib edib və bazar ertəsi səhəri Ağ Ev rəsmilərinə təhvil verib", - məlumatda qeyd olunub.

Mənbənin məlumatına görə, sənəddə İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahının dəqiq koordinatları açıqlanır.

QAZİLER.AZ