Danimarka XİN: "ABŞ ilə Qrenlandiyaya dair fikir ayrılığımız var"

Danimarka XİN: "ABŞ ilə Qrenlandiyaya dair fikir ayrılığımız var" backend

Danimarka Xarici İşlər Nazirliyi Qrenlandiyaya dair ABŞ ilə fundamental fikir ayrılığına malik olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Diplomat Ağ Evdə ABŞ Dövlət Katibi Marko Rubio və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə keçirilən görüşün yekunlarını paylaşıb. O qeyd edib ki, Danimarka və ABŞ-nin  mövqeləri fırqi olaraq qalmaqdadır.

"Biz - Danimarka Krallığı olaraq Qrenlandiyanın uzunmüddətli təhlükəsizliyinin 1951-ci il Qrenlandiya Müdafiə Sazişi və NATO Müqaviləsi çərçivəsində də təmin edilə biləcəyinə inanmağa davam edirik”, - Lars Lökke Rasmussen deyib.

O, əlavə etdi ki, Danimarkanın bütövlüyünün pozulması ilə bağlı hər hansı bir müzakirə qəbuledilməzdir.

QAZİLER.AZ