Qəzza zolağını idarə edəcək Fələstin Texnokratik Komitəsi tam formalaşdırılıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat verib.
"İsrail və Fələstinin HƏMAS hərəkatı arasında dolayı danışıqlarda Misir, Qətər və Türkiyənin təmsil etdiyi vasitəçilər Qəzzanın idarəçiliyi məsələlərini həll edəcək Fələstin Texnokratik Komitəsinin son formalaşmasını alqışlayırlar", - bəyanatda qeyd edilib.
Nazirliyin məlumatına görə, inzibati orqana Əli Əbdül Həmid Şaas rəhbərlik edəcək. Vasitəçilər komitənin yaradılmasının Fələstin anklavında atəşkəslə bağlı razılaşmanın ikinci mərhələsinə keçməyə və yeni eskalasiya mərhələsinin qarşısını almağa kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
QAZİLER.AZ



