İsveç Danimarkanın xahişi ilə silahlı qüvvələrindən zabitləri Qrenlandiyaya göndərib. Onlar adada Danimarkanın təlimlərinə qoşulacaqlar.
Qaziler.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson “X” sosial media hesabında məlumat verib.
"İsveç Silahlı Qüvvələrinin zabitləri bu gün Qrenlandiyaya gəlir. Onlar bir neçə müttəfiq ölkənin tərkib hissəsinə daxildir", - İsveçin Baş naziri yazıb.
Baş nazir qeyd edib ki, qoşunlar "Arktika dözümlülüyü” əməliyyatı adlı birgə təlimlər keçirəcəklər.
QAZİLER.AZ



