Britaniyanın müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, çağırışın səbəbləri açıqlanmayıb.
“Britaniyanın müvəqqəti işlər vəkili Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.”, - nazirliyin məlumatında qeyd olunub.
Britaniyanın Baş naziri Kir Starmerin ofisinin sözçüsü ABŞ qüvvələri tərəfindən Rusiya tankeri “Marinera”nın saxlanılması ilə bağlı şərh verməkdən imtina etmişdi. O, Londonun digər ölkələrin əməliyyat fəaliyyətini müzakirə etmədiyini bildirib.
QAZİLER.AZ



