ABŞ 24 saat ərzində İrana hücum edə bilər

ABŞ 24 saat ərzində  İrana hücum edə bilər backend

ABŞ növbəti 24 saat ərzində İranda hərbi əməliyyat başlada bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Birliyindəki mənbələrə istinadən məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp müvafiq qərarı verib.

İnsayder qeyd edib ki, iki avropalı rəsmi ABŞ-nin hərbi müdaxiləsinin ehtimal olunduğunu bildirib və onlardan biri bunun növbəti 24 saat ərzində baş verə biləcəyini vurğulayıb.

Bundan əlavə, Ağ Ev administrasiyası Əl-Udeyd hava bazasından yüzlərlə əsgəri təxliyə etməyə başlayıb. Mənbələrə görə, Trampın İrana qarşı mümkün hərəkətləri fonunda İran qisas almağa əl atarsa, əsgərlər ehtimal olunan təhdiddən uzaqlaşdırılırlar.

QAZİLER.AZ