Ağ Ev Qrenlandiyanın yerli sakinlər arasında referendum yolu ilə ABŞ-yə qoşulmasını üstün tutur.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Politico” yazır.
Qəzetin məlumatına görə, Donald Tramp administrasiyası həmçinin Danimarka muxtar bölgəsinin əhalisinin rəyinə təsir göstərmək üçün dezinformasiya kampaniyaları aparmağı da nəzərdən keçirir.
"Prezident Donald Tramp və onun yüksək vəzifəli köməkçiləri üçün Qrenlandiya üzərində nəzarəti ələ keçirməyin ən yaxşı yolu orada yaşayan insanları ABŞ-a qoşulmaq üçün referendumda səs verməyə təşviq etməkdir", - məqalədə qeyd edilib.
QAZİLER.AZ



