"Rusiyanın “Qazprom” şirkəti “Naftoqaz Ukrayna”dan ölkəyə nəql olunacaq Rusiya qazının alınması üçün əvvəlcədən ödəniləcək 15 milyon dollar alıb.Lakin nəqlin hazırkı səviyyəsini nəzərə alsaq, bu, cəmi 1 sutkaya bəs edəcək".
“APA-Economics”in “Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.Qeyd edək ki, bundan öncə Rusiya rəsmiləri və “Qazprom” şirkətindən Ukrayna tərəfindən bu ölkəyə nəql olunacaq Rusiya qazı üçün öncədən ödənilmiş pulun dəyərindən alınacaq qazın həcmi bu həftənin istirahət günlərinin bitəcəyi bildirilib.