Təqaüdçü həyat yoldaşının cəsədi ilə təyyarəyə minməyə cəhd etdi

Təqaüdçü həyat yoldaşının cəsədi ilə təyyarəyə minməyə cəhd etdi backend

Hadisə İspaniyada baş verib. Belə ki, yaşlı kişi həyat yoldaşının cəsədi ilə Tenerife hava limanında təyyarəyə minməyə cəhd etdikdən sonra saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə "The Sun" qəzeti xəbər verir.

80 yaşlı sərnişin həyat yoldaşını əlil arabasında təhlükəsizlik məntəqəsindən itələyərək keçirərkən hava limanı işçilərinin diqqətini cəlb etdi.

Onlar kömək təklif etmək üçün qadına yaxınlaşıblar, lakin tez bir zamanda bir şeyin qeyri-normal olduğunu aşkar ediblər. Qadında həyat əlaməti yox idi.

Hava limanının sözçüsü bildirib ki, işçi onun əlindən tutduqda, qadının qeyri-adi dərəcədə aşağı temperaturu olduğunu hiss edib.

Məlum olub ki, qadın təyyarəyə minməyə cəhddən bir neçə saat əvvəl ölüb. Polis kişini terminal binasında həbs edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Ərin motivləri hələlik müəyyən edilməyib.

QAZİLER.AZ