Tramp ABŞ-nin müttəfiqlərini İranı tərk etməyə çağırdı

Tramp ABŞ-nin müttəfiqlərini İranı tərk etməyə çağırdı backend

ABŞ-ın müttəfiqləri və İrandakı vətəndaşları bu ölkəni dərhal tərk etməlidirlər.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp 13 yanvarda Detroytdakı Ford avtomobil zavoduna səfəri zamanı bildirib.

CNN-in məlumatına görə, o, ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi ilə bağlı suala cavab olaraq "Deyərdim ki, İranı tərk etmək pis fikir deyil" deyib.

Tramp həmçinin hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayına da münasibət bildirib. O, dəqiq rəqəm açıqlamasa da, onu yüksək adlandırıb.

"Heç kim dəqiq rəqəm deyə bilməyib. Rəqəmləri ölənlərin sayının yüksək olduğunu eşitmişəm. Yəqin ki, bunu (dəqiq ölənlərin sayı - red.) növbəti 24 saat ərzində biləcəyik", - deyə ABŞ Prezidenti qeyd edib.

QAZİLER.AZ