İŞİD lideri Əbu Bəkir əl-Bağdadi Liviyaya gedib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə dəfə öldürüldüyü bildirilən terror qruplaşmasının rəhbərinin Şimali Afrika ölkəsinə hansı yollarla getməsi məlum deyil.
İddialara görə, o Türkiyə ərazisindən istifadə edib. Hazırda onun Liviyanın Sirt şəhərində olduğu bildirilir. Sirt Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin doğma şəhəridir. Adı çəkilən şəhər hazırda radikal qruplaşmaların nəzarətindədir.