Keçmiş "Formula 1" pilotu hücuma görə həbs olundu

Keçmiş "Formula 1" pilotu hücuma görə həbs olundu backend

Texasda polis keçmiş "Formula 1" pilotu Antonio Pizzonianı saxlayaraq həbs edib. 

Qaziler.az bildirir ki, Formula Passion-un 13 yanvarda verdiyi məlumata görə, braziliyalı hücumda ittiham olunur.

Hadisə Pizzonianın oğlunun yarışdığı kartinq yarışı zamanı baş verib. Antonio başqa bir gənc sürücünün atası ilə mübahisə edib və bu, iki kişinin dalaşmasına səbəb olub.

45 yaşlı keçmiş "Williams" və "Jaguar" sürücüsü  şərti olaraq azadlığa buraxılıb.

QAZİLER.AZ