Cənubi Koreyanın keçmiş prezidenti haqqında ölüm hökmü verilə bilər

Cənubi Koreyanın keçmiş prezidenti haqqında ölüm hökmü verilə bilər backend

Cənubi Koreyada prokurorlar keçmiş prezident Yun Sok Yol üçün ölüm hökmü tələb edirlər. O, ötən il ölkədə hərbi vəziyyət elan edərkən "üsyan cəhdi"ndə ittiham olunur.

Qaziler.az bildirir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Keçmiş prezidentin məhkəməsində ittihamı araşdıran xüsusi prokurorlar məhkəmə və qanunvericilik orqanlarına nəzarəti ələ keçirməklə hakimiyyətdə qalmağı planlaşdıran Yun Sok-Yolun üsyanın lideri olduğunu bildiriblər.

Bunu nəzərə alaraq prokurorlar keçmiş prezident üçün ölüm hökmü tələb edirlər. Xüsusi prokuror Ço InSuk komandasının nümayəndələri bunu 13 yanvarda Seul Mərkəzi Məhkəməsində keçirilən işin son iclasında açıqlayıblar.

QAZİLER.AZ