ABŞ-da ayılar şirniyyat dükanlarını dağıtmağa vərdiş ediblər.
Qara ayılar Tennessi ştatında "Glades Homemade Candies" şirniyyat mağazasını yenidən dağıdıblar.
"Qaziler.az bildirir ki, "People" bu barədə məlumat verir.
Şirniyyat mağazası işçilərinin sözlərinə görə, ayılar binaya dördüncü dəfədir ki, girirlər. Onlar şüşə giriş qapısını sındırıblar, xəmir qablarını aşırıblar və çörəkləri yerə səpələyiblər.
Mağaza nümayəndələri mağazanı qorumaq üçün bütün mümkün tədbirləri gördüklərini bildiriblər: qapıları kilidləyir və yalnız ayılardan qorunan zibil qablarından istifadə edirlər. Lakin, indiyə qədər səyləri uğursuz olub.
Tennessi Vəhşi Təbiət Agentliyi qara ayıların xüsusilə yay və yaz aylarında aktiv olduğunu deyib.
QAZİLER.AZ



