Britaniya Silahlı Qüvvələrinin Baş komandanı, Hava Qüvvələrinin Baş marşalı Riçard Naytton bildirib ki, Londonun bütün hərbi planlarını həyata keçirməsi üçün vəsaiti yoxdur.
Qaziler.az xəbər verir ki, bu haqda “The Telegraph” qəzeti yazıb.
Riçard Nayttonun sözlərinə görə, Böyük Britaniyanın büdcəsində planlaşdırılan bütün proqramlar üçün vəsait çatışmazlığı var. Bundan əlavə, Britaniya büdcəsində hətta cari planlar üçün də vəsait çatmır. Strateji Müdafiə İcmalından (SDR) yeni tapşırıqlar əlavə etmək üçün də imkan yoxdur.
Baş marşal Yeni ildən əvvəl vəziyyət barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerə məlumat verdiyini vurğulayıb.
QAZİLER.AZ



