Danimarka Qrenlandiya iddiaları fonunda Baltik dənizindəki Bornholm adasından qüvvələrini köçürməklə ABŞ-yə siqnal göndərməyi təklif edir.
Qaziler.az xəbər verir ki, bu barədə danimarkalı zabit İspaniyanın “Pais” qəzetinə bildirib.
"ABŞ-yə siqnal göndərmək istəyiriksə, adamlarımızı Bornholmdan Qrenlandiyaya göndərə bilərik", - deyə o bildirib.
Yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa Birliyi müdafiə məqsədləri üçün ABŞ-nin Qrenlandiyanı idarə etməsinə ehtiyac duyur. O, iddia edib ki, Çin və Rusiya gəmiləri artıq adanı mühasirəyə alıb.
QAZİLER.AZ



