Reper “A$AP Rocky” ilə üçüncü uşağını dünyaya gətirdikdən bir neçə ay sonra müğənni Rihanna dördüncü hamiləliyinə işarə edib.
Qaziler.az xəbər verir ki, bu barədə Rihanna instaqramda müğənni dostu Montana Rouz Brounun mümkün analığı ilə bağlı paylaşımına şərh yazarkən bildirib.
"Cazibədar və seksual olmaq, yoxsa 2026-cı ildə hamilə qalmaq arasında qərar vermək", Braun yazıb.
Şərhlərdə bir çox qadın, o cümlədən Qremmi mükafatı laureatı Rihanna da eyni dilemma ilə üzləşdiyini etiraf edib.
"Gözləyin! Deməli, tək dəli mən deyiləm? Bəhsə girək", - Rihanna yazıb.
Rihanna və “A$AP Rocky” 2020-ci ildə görüşməyə başlayıblar. Hazırda onların üç övladı var: oğulları Riot Rouz Myers və Rza Atelston Mayers və qızı Rokki Ayriş Mayers.
QAZİLER.AZ



