Avropa İttifaqı ABŞ hökumətinin AB-yə olan 1,5 trilyon dollardan çox borcundan Qrenlandiya məsələsinə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Valeri Aye “X” sosial media hesabında bildirib.
“ABŞ hökumətinin borcuna təsir gücümüz var <...> Bu, indiyə qədər istifadə etmədiyimiz çox təsirli bir silahdır, amma biz bundan istifadə edə bilərik və qorxmağa ehtiyac yoxdur", - Valeri Aye yazıb.
Bundan əlavə, o, Vaşinqtonun Qrenlandiyaya iddiasını davam etdirəcəyi təqdirdə Avropa ölkələrinin ABŞ-nin 450 milyon istehlakçıdan ibarət bazarına çıxışını rədd edəcəyini irəli sürüb.
QAZİLER.AZ



