İsrail tankları Livanda İspaniya sülhməramlılarına ATƏŞ AÇIB

İsrail tankları Livanda İspaniya sülhməramlılarına  ATƏŞ AÇIB backend

İsrail tankları BMT missiyasının bir hissəsi olaraq Livanın cənubunda yerləşdirilən İspaniya sülhməramlılarının patruluna atəş açıb.

Qaziler.az xəbər verir ki, bu barədə “El País” xəbər yayıb.

Müdafiə Qərargahının məlumatına görə, atəş nəticəsində heç kim xəsarət almayıb.

"Saat 16:30 radələrində üç İsrail tankı general Antonio Bernal Martinin komandanlıq etdiyi İspaniya batalyonunun məsuliyyətində olan bufer zonasının şimalında insident baş verib", - nəşr yazıb.

Nəşrin məlumatına görə, buna cavab olaraq, İspaniya patrulu onların hərəkətlərini izləmək üçün El-Xiam şəhərinin cənubuna doğru hərəkət edib. Çünki nəşrin məlumatına görə, tanklar bufer zonasından kənara çıxmış vəziyyətdə olub.

"İspaniya Müdafiə Qərargahının məlumatına görə, həmin anda İsrail tankları əsas silahlarından, 105 mm və ya 120 mm-lik topdan üç dəfə atəş açıb və mərmilər patruldan 150 ilə 380 metr aralıda düşüb", - “El País” qeyd edib.

Sülhməramlılar təhlükəsiz zonaya çəkiliblər. Daha sonra İsrail Müdafiə Qüvvələrinin tankları Livan ərazisindəki mövqelərinə qayıdıblar. İspaniya patrulu Marjayundakı Miguel de Servantes bazasına qayıdıb.

QAZİLER.AZ