Qətər İran məsələsinə də daxil oldu: danışıqlarda iştirak edir

Qətər İran məsələsinə də daxil oldu: danışıqlarda iştirak edir backend

Qətər İran ətrafında vəziyyətin həlli üçün danışıqlarda iştirak edir.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Nazirlik əlavə edib ki, Qətər İran ətrafında vəziyyətin gərginləşməsi halında təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb.

Qeyd edək ki, yanvarın 11-də ABŞ prezidenti Donald Trampın ölkədəki kütləvi etirazlar fonunda İrana qarşı hərbi əməliyyat variantlarını nəzərdən keçirdiyini bildirmişdi.

QAZİLER.AZ