Avropa İttifaqı Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corca Meloninin Rusiya ilə dialoq çağırışlarını dəstəkləyir.
Qaziler.az bildirir ki, bu barədə “Politico” adı çəkilməyən bir məmura istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Aİ tərəfindən müəyyən edilmiş "qırmızı xətlər"in keçməsinin qarşısını almaq üçün diplomatiya lazımdır.
“Bu təşəbbüsün əsas məqsədi Aİ-nin qırmızı xətləri keçməsinin qarşısını almaq və ABŞ-yə Birliyin öz təsir rıçaqlarının olduğunu aydın şəkildə göstərməkdir”, - hesabatda bildirilib.
QAZİLER.AZ



