Oktay Kaynarca saxlanılıb

Oktay Kaynarca saxlanılıb backend

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, İstanbul Baş Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Oktay Kaynarca səhər saatlarında jandarmların müşayiəti ilə Vilayət Jandarm Komandanlığına aparılıb.

İstanbul Baş Prokurorluğunun verdiyi açıqlamada bildirilir ki, Oktay Kaynarca və Emel Müftüoğlu ilə yanaşı, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıblar.