Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq edib

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq edib backend

ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25% rüsum tətbiq olunduğunu elan edib.

O, bununla bağlı "Truth Social"da paylaşım edib.

"İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə istənilən növ sövdələşmələr üçün 25% rüsum ödəyəcək", - paylaşımda bildirilir.

Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb.

Report.az