Rusiya Suriya ərazisini sualtı gəmilərdən bombaladı - İLK DƏFƏ

Rusiya Suriya ərazisini sualtı gəmilərdən bombaladı - İLK DƏFƏ backend

Rusiya ilk dəfə olaraq Suriyadakı İŞİD hədəflərinə Aralıq dənizdəki sualtı qayığından buraxılan "Kruiz" raketləri ilə zərbələr endirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Şoyqu Suriya sahillərinə yaxınlaşan "Rostov-na-Donu" sualtı qayığından atılan 3M-54 tipli "Kalibr-Kruiz" raket sistemlərinin İŞİD-in Rakkadakı silah və yanacaq anbarlarını da məhv etdiyini bildirib.

Hələ noyabrın sonlarında Suriyanı Aralıq dənizi və Xəzərdəki hərbi gəmilərdən bombalayan Rusiya bu məqsədlə ilk dəfədir ki, sualtı qayıqlardan istifadə edir.

Diaspora