Ağ Ev Venesueladan çıxan bütün tankerləri hədələdi

Ağ Ev Venesueladan çıxan bütün tankerləri  hədələdi backend

ABŞ ordusu Venesueladan çıxan və Vaşinqtonun təsdiq etmədiyi bütün neft tankerlərini ələ keçirməyə davam edəcək.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu xəbərdarlığı Ağ Evin mətbuat katibi Kerolayn Levitt edib.

O, ABŞ prezidenti Donald Trampın yalnız ABŞ tərəfindən təsdiqlənmiş neft tankerlərinin Venesuelanı tərk edəcəyini çox açıq şəkildə bildirdiyini əlavə edib.

"Biz dövlətə mənsubiyyəti olmayan və ya ticarət aparmaq üçün ABŞ-dən icazə almayan gəmiləri ələ keçirməyə davam edəcəyik”,- deyə Levitt bildirib.

QAZİLER.AZ