Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Baqdasarov bildirib ki, ABŞ tərəfindən qaçırılan Venesuela prezidenti Nikolas Maduro normal şəraitdə saxlanılır.
Qaziler.az xəbər verir ki, bu barədə diplomat “Birinci kanal”ın efirində deyib. Onun sözlərinə görə, Venesuela lideri sona qədər möhkəm durmaq niyyətindədir.
"Prezident Maduronun vəkilləri onun normal şəraitdə saxlanıldığını və vəziyyətindən şikayət etmədiyini bildirirlər. O, sona qədər möhkəm durmaq niyyətində olduğunu təsdiqləyib və özünü Venesuela Bolivar Respublikasının hərbi əsir prezidenti adlandırıb”, - diplomat deyib.
QAZİLER.AZ



