Moldova prezidenti Maya Sandu belə bir referendum keçirilərsə, ölkənin Rumıniya ilə birləşməsinə şəxsən səs verəcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “YouTube”da yayımlanan "The Rest İs Politics" podkastında çıxışında deyib.
Maya Sandu mövqeyini mürəkkəb geosiyasi vəziyyətlə izah edərək, kiçik bir ölkənin suverenliyini və demokratiyasını qoruyub saxlamasının getdikcə çətinləşdiyini bildirib.
“Əgər referendum keçirsəydik, Rumıniya ilə birləşməyə səs verərdim", - deyə Sandu bildirib.
Eyni zamanda, dövlət başçısı hazırda Moldova cəmiyyətində belə bir ideyanı dəstəkləyən çoxluğun olmadığını etiraf edib. Onun sözlərinə görə, daha real və təcili addım Avropa Birliyinə qoşulmaqdır.
QAZİLER.AZ



