Türkiyənin vurduğu təyyarənin “qara qutu“su Putində!

Türkiyənin vurduğu təyyarənin “qara qutu“su Putində! backend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan “SU-24” bombardmançı təyyarəsinin “qara qutu”sunu prezident Vladimir Putinə təqdim edib.

“Biz pilotumuzu güllələyərək qətlə yetirən silahlıların olduğu ərazidə fəal iş aparmışıq. Bu ərazilər xüsusi əməliyyat qüvvələri və Suriya ordusunun xüsusi təyinatlıları tərəfindən azad edilib. Suriya hərbçiləri ərazini yoxlayarkən təyyarəmizin düşdüyü yeri aşkarlayıblar”, - deyə Şoyqu bildirib.

Nazirin sözlərinə görə, silahlılar ərazini kütləvi şəkildə tərk ediblər. Vladimir Putin Sergey Şoyquya “qara qutu”nu yalnız beynəlxalq ekspertlərin iştirakı ilə açmağı tapşırıb.

Qeyd edək ki, Rusiyanın "Su-24" bombardmançısı noyabrın 24-də Türkiyənin F-16 təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. Vurulan təyyarə Türkmən dağı yaxınlığında düşüb. Türkiyə tərəfi təyyarənin hava sərhədini pozduğunu desə də, Rusiya tərəfi bunu təkzib edib.


Diaspora