İsrail atəşkəs razılaşmasından sonra Qəzzada 2500-dən çox binanı dağıdıb

İsrail atəşkəs razılaşmasından sonra Qəzzada 2500-dən çox binanı dağıdıb backend

Fələstinin HƏMAS hərəkatı ilə atəşkəs razılaşması qüvvəyə mindikdən bəri İsrail Qəzza zolağında 2500-dən çox binanı dağıdıb. Zərərin əksəriyyəti Təl-Əvivin nəzarətində olan ərazilərdə qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti peyk görüntülərinə istinadən məlumat yayıb.

Eyni zamanda, qəzet vurğulayıb ki, "Sarı xətt" adlanan ərazidən kənarda - HƏMAS tərəfindən faktiki olaraq nəzarət edilən ərazilərdə onlarla bina dağıdılıb, hansı ki burada ordunun əməliyyatları dayandırmalı olduğu bildirilirdi.

Nəşrin məlumatına görə, atəşkəs başlayandan bəri İsrail Qəzza zolağında 2500-dən çox binanı dağıdıb.

Atəşkəs razılaşması 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Fələstin hakimiyyət orqanlarının məlumatına görə, o vaxtdan bəri atəşkəsin pozulması nəticəsində təxminən 440 nəfər həlak olub, 1200-dən çox insan yaralanıb. HƏMAS-ın sözçüsü İsrail tərəfindən 900-dən çox atəşkəs pozuntusunun olması barədə məlumat verib.

QAZİLER.AZ