Dörd ölkə Qəzzada sülh planını müzakirə edib

Dörd ölkə Qəzzada sülh planını müzakirə edib backend

Ankara, Vaşinqton, Qahirə və Doha Qəzza sülh planının ikinci mərhələsinin hazırlanmasını müzakirə etmək üçün onlayn görüş keçiriblər.

Qaziler.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, danışıqlar yanvarın 12-də baş tutub.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün (12 yanvar) Qəzza sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Dekabrın sonlarında Mayamidə keçirilən görüşdən sonra burada ABŞ, Misir və Qətər rəsmiləri də iştirak ediblər”, - agentliyin mənbəsi bildirib.

QAZİLER.AZ