Almaniya kansleri Fridrix Merts İranda etirazçılara qarşı güc tətbiqini pisləyərək bunu zəiflik əlaməti adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadla məlumat yayıb.
"Mən İran rəhbərliyini xalqını təhdid etməyə deyil, qorumağa çağırıram. Biz Tehran rəhbərliyinin öz xalqına qarşı istifadə etdiyi zorakılığı qətiyyətlə pisləyirik. Bu zorakılıq gücün deyil, zəifliyin əlamətidir. Bu zorakılığa son qoyulmalıdır", - o qeyd edib.
Merts əlavə edib ki, etirazçılar azadlıq və daha yaxşı həyat uğrunda mübarizə aparırlar: "Bu insanlar İran təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib və qəddar zorakılığına müqavimət göstərmək cəsarətlərinə görə ən dərin hörmətə layiqdirlər".



